Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın sonlarında ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır.
Zelenski jurnalistlərə açıqlamasında bildirib ki, Kiyev “Freya” raket proqramı üzərində işləyir və layihənin reallaşdırılması üçün Vaşinqtonun dəstəyinə ümid edir.
Onun sözlərinə görə, Ukrayna Avropa tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək. Bununla yanaşı, Kiyevin hazırda ABŞ-dən ballistik raketlərin tədarükünə ehtiyacı var.
Zelenski ehtimal olunan görüşdə bu məsələni Trampla müzakirə etməyi planlaşdırdığını deyib: “Mən sentyabrın sonlarında Trampla görüşə ümid edirəm”.
