Ukrayna müharibənin 1655-ci günü ilə bağlı Rusiya ordusunun itkilərinə dair yenilənmiş məlumatları açıqlayıb.
Ukrayna Baş Qərargahının məlumatına görə, 24 fevral 2022-ci ildən sentyabrın 5-dək Rusiya ordusunun ümumi şəxsi heyət itkisi 1 milyon 495 min 50 nəfərə çatıb. Son sutkada bu göstəricinin 1 260 nəfər artdığı bildirilir.
Məlumata əsasən, Rusiya tərəfi indiyədək 12 328 tank, 25 273 zirehli döyüş maşını, 49 227 artilleriya sistemi, 2 093 reaktiv yaylım atəş sistemi və 1 604 hava hücumundan müdafiə sistemi itirib.
Bundan başqa, itkilər arasında 441 hərbi təyyarə, 355 helikopter, 499 809 PUA, 5 070 qanadlı raket, 35 gəmi və kater, 2 sualtı qayıq, 2 502 yerüstü robot-texnika kompleksi, 144 043 avtomobil texnikası və 4 644 xüsusi avadanlıq da yer alır.
Ukrayna tərəfi bu rəqəmlərin müharibə başlayandan bəri hesablanan ümumi döyüş itkiləri olduğunu bildirir.
