Rusiyaya cavab zərbəsi endiriləcək – Zelenski

Rusiyaya cavab zərbəsi endiriləcək – Zelenski

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın hücumlarına qarşı cavab tədbirləri hazırlayır.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, bu barədə UTX rəhbəri Aleksandr Poklad ona məruzə edib.

“UTX rəhbəri Aleksandr Pokladdan Rusiyanın hücumlarına qarşı aktiv cavabımızın hazırlanması ilə bağlı hesabat aldım”, – deyə Zelenski Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, UTX Rusiyaya qarşı hazırlanacaq cavabın coğrafi əhatə dairəsini artıq müəyyənləşdirib.

Qeyd edək ki, bu gün Kiyevdə UTX-nin mərkəzi qərargahına pilotsuz uçuş aparatı ilə hücum edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir