Bakı metrosunda yeni stansiya “20 Sentyabr” adını daşıyacaq

Bakı metrosunda yeni stansiya “20 Sentyabr” adını daşıyacaq

Bakı Metropoliteninin Nəsimi rayonunda inşa edilən yeni stansiyasının adı müəyyənləşib.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən stansiya “20 Sentyabr” adlandırılacaq.

Qərarın qəbulunda 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması nəzərə alınıb. Stansiyanın bu adla adlandırılması Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilib.

Sənədə əsasən, qərardan irəli gələn məsələlərin həlli Bakı Şəhər İcra Hakimiyyətinə və “Bakı Metropoliteni” QSC-yə həvalə olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir