İtaliyanın Baş naziri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Meloni bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
İtaliya hökumətinin başçısı İlham Əliyevə xalqları birləşdirən dostluq münasibətlərinə və xoş sözlərinə görə minnətdarlığını ifadə edib.
Meloni İtaliya və Azərbaycan arasında illər ərzində ortaq baxışlar və qarşılıqlı maraqlar əsasında möhkəm əməkdaşlıq formalaşdığını qeyd edib.
“Strateji tərəfdaşlığımızı daha da gücləndirmək istiqamətində birgə gördüyümüz işlərdən böyük qürur duyuram”, – deyə İtaliyanın Baş naziri bildirib.
O, qarşıdakı dövrdə iki ölkə xalqlarının mənafeyi naminə əməkdaşlığın inkişafı üçün yeni və mühüm imkanların yaranacağına əminliyini ifadə edib.
