Kamança ilə bağlı yeni dövlət standartı qəbul edildi

Kamança ilə bağlı yeni dövlət standartı qəbul edildi

Azərbaycanda kamança və bu musiqi alətinin ailəsinə daxil olan digər alətlərin istehsalı və keyfiyyət göstəriciləri ilə bağlı yeni dövlət standartı müəyyənləşdirilib.

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 1005:2026 “Milli simli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər” adlı dövlət standartı qəbul olunub.

Yeni standartın əsas məqsədi solo, ansambl, orkestr ifası və tədris üçün nəzərdə tutulan kamança və kamança ailəsinə aid alətlərin texniki və keyfiyyət göstəricilərini vahid qaydada müəyyən etməkdir.

Sənədin qəbulunun alətlərin istehsalı və qiymətləndirilməsi zamanı ümumi yanaşmanın formalaşdırılmasına xidmət edəcəyi bildirilib.

Qeyd olunub ki, yeni standart layihəsi AZSTAND yanında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bazasında yaradılmış “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 44) təqdimatı əsasında hazırlanıb.

Qəbul edilən sənəd Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir