Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı işini davam etdirir.
Konfransın ikinci günündə mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpası, humanitar minatəmizləmədə texnologiya və innovasiyaların tətbiqi ilə bağlı panel müzakirələri keçiriləcək.
Tədbir çərçivəsində, həmçinin müxtəlif ölkələrin humanitar minatəmizləmə sahəsində əldə etdiyi təcrübə və nəticələrə dair təqdimatlar təşkil olunacaq.
Konfransın sonunda yekun bəyanatın qəbul edilməsi nəzərdə tutulur.
