Marmara dənizində iki gəmi toqquşdu: 10 heyət üzvü itkin düşüb

Marmara dənizində iki gəmi toqquşdu: 10 heyət üzvü itkin düşüb

Marmara dənizində, Silivri sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub.

Hadisə saat 03:00 radələrində Silivri sahillərindən təxminən 18 dəniz mili cənubda baş verib. Kocaelidən Aliağaya gedən ALSU və İskəndərun Limanından Karadeniz Ereğliyə istiqamətlənən TUĞBERK İMAMOĞLU adlı gəmilər toqquşub.

Qəzadan sonra əraziyə Sahil Mühafizəsi və Kıyı Emniyeti qüvvələri, həmçinin helikopter cəlb olunub.

İlkin məlumata görə, ALSU gəmisində gözlə görünən hər hansı zərər qeydə alınmayıb. Digər gəmi – TUĞBERK İMAMOĞLU və onun göyərtəsində olan 10 heyət üzvü ilə əlaqə kəsilib.

Hazırda itkin gəmi və heyət üzvlərinin tapılması üçün dənizdən və havadan axtarış-xilasetmə əməliyyatı aparılır. (haberler.com)

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir