İlham Əliyev və Ərdoğan görüşü Türkiyə mediasında geniş işıqlandırıb

İlham Əliyev və Ərdoğan görüşü Türkiyə mediasında  geniş işıqlandırıb

Türkiyənin aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Bişkekdə keçirilən görüşə geniş yer ayırıb.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutan görüş Türkiyənin informasiya agentlikləri, televiziya kanalları, çap mediası və xəbər portallarında geniş işıqlandırılıb.

Türkiyə mediası iki ölkə liderinin görüşünün əhəmiyyətini önə çəkərək, Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla əməkdaşlığın, xüsusilə energetika, infrastruktur və nəqliyyat sahələrində əlaqələrin inkişafının vacibliyi barədə fikirlərini yayıb.

Ərdoğan Bakı ilə Ankara arasındakı əməkdaşlığın regionda baş verən proseslər fonunda əhəmiyyətinin daha da artdığını vurğulayıb. Türkiyə Prezidenti “İki dövlət, bir millət” prinsipi əsasında Azərbaycanla bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsinə hazır olduqlarını bildirib.

Xəbər materiallarında, həmçinin Ərdoğanın Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək verməyə hazır olduğu barədə açıqlamasına diqqət çəkilib. Türkiyə liderinin Bakı ilə İrəvan arasında davamlı sülhün bütün region üçün mühüm əhəmiyyət daşıdığına dair fikirləri geniş auditoriyaya çatdırılıb.

Qeyd edək ki, Türkiyənin bir sıra televiziya kanalları Bişkekdə keçirilən ŞƏT sammitini canlı yayımla işıqlandırır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir