İlham Əliyev və Pezeşkian Bişkekdə görüşüb.

İlham Əliyev və Pezeşkian Bişkekdə görüşüb.

Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.

Görüş Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkil edilib.

Pezeşkian: Azərbaycanla münasibətləri bütün sahələrdə genişləndirməkdə maraqlıyıq

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevin İranın üzləşdiyi çətin vəziyyətdə nümayiş etdirdiyi dəstəyi yüksək qiymətləndirib.

Pezeşkian İlham Əliyevlə görüşlərini və telefon danışıqlarını məmnunluqla xatırladığını, Azərbaycanın başsağlığı və göstərdiyi humanitar yardımın İran dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, buna görə Azərbaycan Prezidentinə bir daha təşəkkür edib.

İran Prezidenti ölkələr arasında münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu deyərək, İranın Azərbaycanla bütün sahələrdə əlaqələri genişləndirməkdə maraqlı olduğunu qeyd edib. O, Azərbaycan-İran münasibətlərinin dostluq və qardaşlıq xarakteri daşıdığını vurğulayıb.

Prezident İlham Əliyev isə Azərbaycanın İranın üzləşdiyi vəziyyətdə göstərdiyi yardımın qardaşlığın nümunəsi olduğunu bildirib. Dövlət başçısı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduqlarını deyib.

Görüşdə Azərbaycan-İran əməkdaşlığının müxtəlif sahələrdə inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir