Rostovda “Ozon”un iki logistika mərkəzinin fəaliyyəti dayandırılıb

Rostovda “Ozon”un iki logistika mərkəzinin fəaliyyəti dayandırılıb

Rusiyanın Rostov vilayətində “Ozon” şirkətinə məxsus iki logistika mərkəzi PUA hücumları ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandırıb.

Şirkətdən bildirilib ki, gecə saatlarında logistika obyektlərindən biri pilotsuz uçuş aparatlarının zərbəsinə məruz qalıb. Hadisə zamanı əməkdaşlar əvvəlcədən təxliyə edildiyindən xəsarət alan olmayıb.

Zərbə nəticəsində obyektin ərazisində kiçik yanğın baş verib. Yanğın qısa müddətdə söndürülüb. Hazırda ərazi müvafiq operativ xidmətlər tərəfindən yoxlanılır və bu səbəbdən logistika kompleksinin fəaliyyəti dayandırılıb.

Digər logistika mərkəzində isə ətraf ərazidə yaranan təhlükə səbəbindən əməkdaşların təxliyəsi həyata keçirilib. Şirkətin məlumatına görə, burada da xəsarət alan olmayıb və obyektə hər hansı ziyan dəyməyib.

Təhlükəsizlik tədbirləri çərçivəsində ikinci logistika mərkəzinin fəaliyyəti də müvəqqəti olaraq dayandırılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir