Prezident İlham Əliyev Moldova Prezidenti Maya Sanduya ölkəsinin müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.

Prezident İlham Əliyev Moldova Prezidenti Maya Sanduya ölkəsinin müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.

Prezident İlham Əliyev Moldova Prezidentinə məktub göndərib. Dövlət başçısı məktubunda Moldova Prezidentini və onun simasında bütün Moldova xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıb.

İlham Əliyev Azərbaycan-Moldova arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluğunu ifadə edib.

Prezident bildirib ki, bir-birinə dostluq telləri ilə bağlı olan xalqların iradəsinə uyğun olaraq, ölkələr arasında əlaqələrin hərtərəfli inkişafı və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.

İlham Əliyev təbrik məktubunun sonunda Maya Sanduya möhkəm cansağlığı, xoşbəxtlik və ali dövlət fəaliyyətində uğurlar, dost Moldova xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir