Azərbaycanda 2025-ci il üzrə əsas demoqrafik göstəricilərdə azalma qeydə alınıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkə üzrə əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı 3,6 təşkil edib. Bu göstərici 2024-cü ildə 4,2 olub.Doğum göstəricisində də geriləmə müşahidə olunub. Belə ki, 2025-ci ildə əhalinin hər 1000 nəfərinə 9,4 doğum düşüb. 2024-cü ildə isə bu rəqəm 10,0 olub.
Ötən il ölkədə ümumilikdə 95 875 doğum qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 6 435 nəfər azdır. Ölüm göstəricisində isə dəyişiklik olmayıb. 2025-ci ildə əhalinin hər 1000 nəfərinə düşən ölüm əmsalı 5,8 səviyyəsində qalıb. 2024-cü ildə də bu göstərici 5,8 olub. Beləliklə, 2025-ci ildə doğumların azalması fonunda əhalinin təbii artımı əvvəlki illə müqayisədə 7 360 nəfər azalaraq 36 041 nəfər təşkil edib. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarında təbii artım diri doğulanların sayı ilə ölənlərin sayı arasındakı fərq əsasında hesablanır.
