14 yaşlı qızın hamilə qalması ilə bağlı cinayət açıldı: DSX əsgəri həbs edildi

14 yaşlı qızın hamilə qalması ilə bağlı cinayət açıldı: DSX əsgəri həbs edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu xidmət müddəti başa çatmamış həbs olunub. O, yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər törətməkdə təqsirli bilinib.

Xəbəraxını xəbər verir ki, 18 yaşlı Ə.X. ilə A.A. məktəbdə tanış olublar. Həmin vaxt oğlan 9-cu, qız isə 6-cı sinifdə təhsil alıb. İstintaq zamanı müəyyən edilib ki, gənc qızın 14 yaşından 16 yaşınadək onunla münasibətdə olub. Bu münasibət nəticəsində A.A. 14 yaşında hamilə qalıb.

Hadisənin üstü Ə.X. hərbi xidmətə yollandıqdan sonra açılıb. Nəticədə o, hərbi xidmətdə olduğu müddətdə həbs edilib.

Məhkəmə prosesində təqsirləndirilən şəxs əməlini etiraf etsə də, qızın 14 yaşı tamamlanmamış onunla münasibətdə olmadığını bildirib. O, A.A. ilə sevgili olduqlarını və evlənmək niyyətində olduqlarını söyləyib.

Yeniyetmə qız da məhkəmədə oğlandan şikayətçi olmadığını bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı şikayəti atası edib və özünün heç bir şikayət və tələbi yoxdur. A.A. məhkəmədə hazırda 32 həftəlik hamilə olduğunu da qeyd edib. Qızın qanuni nümayəndəsi olan anası isə hərbi qulluqçunun həbs edilməsinin mənasız olduğunu bildirib.

Məhkəmənin hökmü ilə Ə.X. 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilinib. Ona 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir