Sentyabrın 10-da Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində qazın verilişində müvəqqəti fasilə yaranacaq.
Fasilə təmir-quraşdırma işləri ilə əlaqədar tətbiq ediləcək. Qaz təchizatının saat 10:00-dan etibarən işlər başa çatanadək dayandırılması nəzərdə tutulur.
Yasamal rayonunda M. İbrahimov, L. Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli və T. Xəlilbəyli küçələri, Qaradağ rayonunda isə Qobustan qəsəbəsi təsirə məruz qalacaq.
Qazın verilişinin işlər yekunlaşdıqdan sonra bərpa olunacağı bildirilib.
