Qəzet

Azərbaycanda 47 milyon manatlıq tütün istehsalı layihəsi icra olunacaq

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni rezidenti tərəfindən tütün məmulatları istehsalı layihəsi həyata keçiriləcək. Xeberaxini.com bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir. Məlumata görə, “Baku International Tobacco” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. Bildirilib ki, yeni…

U-16 (Qızlar) UEFA İnkişaf Turnirində son oyunu keçirib

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində son oyuna çıxıb. Xeberaxini.com AFFA-ya istinadən xəbər verir ki,Millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda keçirilən görüş rəqib komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. U-16-nın heyətində qolları 3-cü dəqiqədə penaltidən Xədicə Rəhimova və 20-ci dəqiqədə Suel Polikarpova vurublar.

Əli Əsədov qərar imzaladı

Nazirlər Kabineti iri istehlakçılar üçün illik qaz sərfiyyatının həddinin müəyyən edilməsi haqqında qərar qəbul edib. Xeberaxini.com qeyd edir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, sərfiyyatın həddi 300 milyon kub metr və ondan yuxarı müəyyən edilib.

İki hərbçimiz Kəlbəcərdə minaya düşdü – Rəsmi

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.   Bu barədə Xeberaxini.com-a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər.  Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir,  hazırda hərbi tibb müəssisəsində müalicələri…

Səhiyyə Nazirliyi hantavirusla bağlı məlumat yaydı

Azərbaycanda epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur. Xeberaxini.com qeyd edir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, qurum Beynəlxalq Tibbi-Sanitar Qaydalar çərçivəsində müxtəlif ölkələrlə birlikdə profilaktik və sürətli cavab tədbirlərini koordinasiya edir. “Qeyd olunur ki, insanlar adətən hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi…

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub. Xeberaxini.com AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və WUF13 Azərbaycan…